Yaponiyada deputat maliyyə fırıldaqçılığına görə həbs edilib

7-01-2024, 12:26           
Yaponiyada deputat maliyyə fırıldaqçılığına görə həbs edilib
Yaponiya parlamentinin deputatı maliyyə fırıldaqçılığına görə həbs edilib.

APA xəbər verir ki, bu barədə “NHK World-Japan” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Tokio hüquq-mühafizə orqanları əməldaşları ölkə parlamentinin aşağı palatasının hakim Liberal Demokrat Partiyasından olan üzvü Yoşitaka İkedanı həbs ediblər.

İkeda sabiq keçmiş Baş nazir Şinzo Abenin komandasının üzvü olub və siyasi ianələrin toplanmasından gəlir əldə etmək haqqında qanunu pozmaqda şübhəli bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru