Ukraynaya 200 milyon avroluq hərbi yardım paketi

11-01-2024, 10:54           
Ukraynaya 200 milyon avroluq hərbi yardım paketi
Litva Prezidenti Gitanas Nauseda Ukraynaya 200 milyon avro məbləğində yeni hərbi yardım paketini elan edib.

Bu barədə Litva Prezidenti Vilnüsdə ukraynalı həmkarı ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, hərbi yardım paketinə döyüş sursatları, generatorlar və M577 zirehli maşınları daxildir.

"Yanvarda biz yenidən Ukraynaya döyüş sursatları, generatorlar və uzaqdan partlatma sistemləri, fevralda isə M577 zirehli transportyorlarını göndərəcəyik. Biz Ukrayna əsgərlərinə təlim keçəcək və müdafiə sənayesində əməkdaşlığımızı gücləndirəcəyik. Bu gün Ukrayna və Litvanın müdafiə sənayesi müəssisələri arasında imzalanmış sazişlər bizim sıx hərbi əməkdaşlığımızın daha bir nümunəsidir", - Prezident Nauseda vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru