ABŞ Macarıstanın Ukrayna ilə bağlı mövqeyindən məyus olduğunu bildirib

12-01-2024, 12:04           
ABŞ Macarıstanın Ukrayna ilə bağlı mövqeyindən məyus olduğunu bildirib
ABŞ administrasiyası Macarıstanın Ukrayna ilə bağlı mövqeyindən məyusdur və bunu qeyri-konstruktiv hesab edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.

"Biz Macarıstanın Baş naziri Viktor Orbanın ukraynalılara onlarla eyni azadlığa nail olmaqda kömək edib-etməyəcəyini soruşmasından məyus olduq. Hesab edirəm ki, bu məsələ həqiqətən də Avropanın özü tərəfindən həll edilməlidir. Bununla belə, biz Macarıstanı konstruktiv tərəfdaş kimi görmək istərdik", - O'Brayen qeyd edib.

Bundan əlavə, o bildirib ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya daxil olması prosesini başa çatdırmağa yönəlmiş ilkin addımlar gözləyir: "Macarıstan bizə həmişə deyirdi ki, o, İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə olmayacaq. Və biz hələ də gözləyirik ki, belə olacaq. Görək Macarıstan vədinə əməl edəcəkmi?", diplomat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru