Britaniya etiraf etdi: "iqtisadiyyat aşağı sürüklənir qurtarmağın yolu isə.."

12-01-2024, 12:44           
Britaniya etiraf etdi: "iqtisadiyyat aşağı sürüklənir qurtarmağın yolu isə.."
"Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyatına 140 milyard funt sterlinqə (178 milyard ABŞ dolları) başa gəlib, 2035-ci ilə qədər isə bu rəqəm iki dəfədən çox artaraq 311 milyard funt sterlinqə (398 milyard ABŞ dolları) çata bilər".

Hurriyyet.az "TASS"a istinadən xəbər verir ki, bu barədə London meri Sadiq Xan bildirib.

“Artıq indi aydındır ki, “Brexit” işləmir. “Brexit” iqtisadiyyatı aşağı sürükləyir və ölkədə yaşayış dəyərinin bahalaşmasına gətirib çıxarır. Ona görə ərzaq qiymətləri yüksəlir, ev təsərrüfatlarının xərcləri artır, mehmanxana və restoran biznesi, tikinti və maliyyə xidmətləri kimi vacib sahələrdə işləmək çətinləşir”, - müxalifətdəki Leyboristlər Partiyasını (İşçi Partiyası) təmsil edən S.Xan deyib.

Onun sözlərinə görə, Britaniyanın “Brexit”ə görə ödəməyə məcbur olduğu qiymətin yaratdığı böhranı ancaq yetkin yanaşma və avropalı qonşularla ticarət əlaqələri qurmaqla aradan qaldırmaq olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru