Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıb.
“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Yəmənin hərbi obyektlərini hədəf alan qüvvələr hava, gəmi və sualtı qayıqlardan zərbələr endirib.
İlkin məlumata görə, hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.
Qeyd edək ki, əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. Yəmən Xarici İşlər Nazirliyi isə hücumdan sonra açıqlama yayıb. Açıqlamada bildirilib ki, rəsmi London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.