Dəhşətli fakt: Ötən il ABŞ-da 50 minə yaxın hərbiçi intihara qarşı müalicə alıb

18-01-2024, 18:48           
Dəhşətli fakt:
ABŞ-da 2023-cü ildə 50 minə yaxın təqaüdçü əsgərin kəskin intihar böhranına qarşı tibbi yardım aldığı bildirilib.

Publika.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən qüvvəyə minən pulsuz baxım siyasəti çərçivəsində, vəzifə müddətini tamamlayan 49 min 714 təqaüdçü hərbiçinin kəskin intihar böhranından müalicə aldığı bildirilib.

Məlumatda deyilir: "İntiharın qarşısını almaqdan daha vacib bir şey yoxdur və pulsuz qayğının genişlənməsi, ehtimal ki, bu il minlərlə insanın həyatını xilas edib".

Bildirilib ki, istefada olan hərbçilərə pulsuz göstərilən bu səhiyyə xidmətinə 64 milyon dollardan çox vəsait xərclənib.

Bundan əlavə, 2021-ci ildə Braun Universitetinin araşdırmasında,11 sentyabr hadisələrindən sonra ABŞ ordusunun həyata keçirdiyi əməliyyatlarda ölən amerikalı əsgərlərin sayının 7 min 57, eyni dövrdə intihar edən əsgərlərin sayının isə 30 mindən çox olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru