ABŞ-nin 75% ərazisində dağıdıcı zəlzələlər baş verə bilər

19-01-2024, 11:58           
ABŞ-nin 75% ərazisində dağıdıcı zəlzələlər baş verə bilər
ABŞ-nin Geoloji xidmətinin mütəxəssisləri ölkənin 75%-nin dağıdıcı zəlzələlərlə üzləşə biləcəyini proqnozlaşdırıblar.

Qeyd olunub ki, zəlzələlərin daha çox baş verdiyi yerlərin xəritəsini tərtib edərkən alimlər dağıdıcı nəticələrə səbəb ola biləcək 500-ə yaxın yeni çat aşkar ediblər.

Güclü yeraltı təkanlar xüsusən Atlantik okeanının mərkəzi və şimal-şərq sahillərində proqnozlaşdırılır. Dağıntı Nyu-York, Boston və Vaşinqtona təsir edə bilər. Alimlər Kaliforniyada dağıdıcı zəlzələlərin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.
Materialda, həmçinin bildirilir ki, son 200 il ərzində ABŞ-nin 37 ştatında maqnitudası beş baldan çox olan zəlzələlər baş verib ki, bu da bütün ölkə ərazisində seysmik aktivliyi təsdiqləyir.

Mənbə: Earthquake Spectra












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru