Tailandda evlərdə kabusların olub-olmadığını yoxlayan şirkət açılıb

20-01-2024, 15:35           
Tailandda evlərdə kabusların olub-olmadığını yoxlayan şirkət açılıb
Tailandın Çianqmay şəhərində iki tələbə - 20 yaşlı Uifey Çenq və Setthavut Bunprakhonq evlərdə kabusların və digər paronormal varlıqların mövcud olmamasının sertifikasiyası üzrə biznes açıblar.

Gənclər göstərdikləri xidmətlə bağlı elan yerləşdiriblər. Onların xidməti kabusların mövcud ola biləcəyi otaqda, məsələn, bir müddət əvvəl bir insanın öldüyü bir mənzildə gecələməkdən ibarətdir.

Otaqda gecələdikdən sonra onlar paronormal varlıqlara rast gəlməyiblərsə, tələbələr müəyyən məbləğ müqabilində yerin sahibinə ruhların mövcud olmamasına dair arayış verirlər.
Bunprakhonq bildirib ki, o, ruhlardan qorxur və bu cür iş onun qorxusuna qalib gəlmək və hər kəsə kabusların olmadığını sübut etmək üçün ən yaxşı yoldur. Gənc oğlan onu da əlavə edib ki, yanında talisman gəzdirir və o, təhlükə anında onu paronormal varlıqlardan qoruyacağına inanır.

Mənbə: octagon.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru