Ermənistanın Baş naziri Nikol Paşinyanın böyük qızı Mariam Paşinyan işdən çıxıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, o, 2021-ci ildən Ermənistanın ən böyük mərc şirkəti olan “Toto Gaming”də çalışıb.
Şirkətdən Baş nazir qızının nəyə görə işini tərk etməsi açıqlamayıb.
Nikol Paşinyan və ailə üzvlərinin 2022-ci ildə təqdim etdikləri bəyannamələrdən məlum olub ki, Mariam illik 10 milyon 893 min dram (27.000 dollar), yəni ayda 908 min dram (2.253 dollar) maaş alır.
Ehtimal olunur ki, Baş nazirin qızına daha yaxşı şəraitli iş təklif olunub.