Almaniyada on minlərlə insan sağçı qüvvələrə qarşı etiraz aksiyası keçirib

21-01-2024, 09:04           
Almaniyada on minlərlə insan sağçı qüvvələrə qarşı etiraz aksiyası keçirib
Almaniyanın müxtəlif şəhərlərində sağçı qüvvələrə və “Almaniya üçün Alternativ” partiyasına qarşı keçirilən nümayişlərdə on minlərlə insan iştirak edib.

Bu etiraz aksiyalarından biri Frankfurt-Maynda baş tutub.

Yerli polisin məlumatına görə, 35 minə yaxın insan şəhərin küçələrinə çıxıb. Mitinq “Demokratiyanı müdafiə et” şüarı altında keçirilib.

Hannoverdə də on minlərlə insan sağçılara qarşı nümayiş keçirib. Fəallar əllərində “Faşizm alternativ deyil” sözləri yazılmış plakatlar qaldırıblar. Mitinqdə Aşağı Saksoniyanın baş naziri Stefan Vayl və Almaniyanın keçmiş prezidenti Kristian Vulf çıxış ediblər. S.Vayl toplaşanları sağçılara qarşı açıq mövqe tutmağa, insan hüquqları və demokratiyanı müdafiə etməyə çağırıb.

Oxşar etirazlar Erfurt, Frayburq və Koblenzdə də keçirilib.

Yanvarın 21-də Berlində sağçı qüvvələrə qarşı geniş mitinq də planlaşdırılır.

Qeyd edək ki, son günlər “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi məsələsi Bundestaqda gündəmə gəlib.
Bild












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru