Slovakiya Baş nazirinin partiyası prezident seçkilərində parlamentin sədrini dəstəkləyəcək

21-01-2024, 09:34           
Slovakiya Baş nazirinin partiyası prezident seçkilərində parlamentin sədrini dəstəkləyəcək
Slovakiyada hökumət koalisiyasının ən böyük siyasi qüvvəsi olan İstiqamət – Sosial Demokrat Partiyası yazda ölkədə keçiriləcək prezident seçkilərində Milli Şuranın (Parlament) sədri Peter Pelleqrinini dəstəkləyəcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazir və Sosial Demokrat Partiyasının lideri Robert Fiko Slovakiya televiziyasında çıxışı zamanı bildirib.

Hökumət koalisiyasına daxil olan “Səs – Sosial Demokratiya” partiyasının sədri vəzifəsini daşıyan Pelleqrini yanvarın 19-da prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən elan edib. O, hazırda ölkədə ən populyar siyasətçidir. İctimai sorğulara əsasən, təxminən 5,5 milyon nəfər əhalisi olan ölkədə 3,5 milyon seçicinin 40%-dən çoxu ona səs verməyə hazırdır.

Prezident seçkilərinin birinci turu martın 23-də, ikinci turu isə, lazım gələrsə, aprelin 6-da keçiriləcək. Sorğulara görə, 48 yaşlı Pelleqrini ilk turda 50%-dən çox səslə qələbəni təmin edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru