Rusiya Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Malinkoviç LDPR Partiyasının lideri Leonid Slutskinin deputat mandatından məhrum edilməsini tələb edərək Dövlət Dumasına müraciət edəcəyini açıqlayıb.
Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidentliyinə namizədlərdən biri olan Slutski Vladimir Leninin vəsiyyətini yerinə yetirməyin və onu anasının yanında dəfn etməyin vaxtının yetişdiyini bildirib.
“Partiya Rusiya Dövlət Dumasına cənab (Dövlət Dumasının spikeri Vyaçeslav) Volodinə Slutskinin Leninin yenidən dəfn edilməsi təklifi ilə bağlı deputat mandatından məhrum edilməsi barədə sorğu göndərəcək və ictimaiyyətin böyük qəzəbinə səbəb olmuşdu”.
Yeri gəlmişkən, illər əvvəl həmin Liberal-Demokrat Partiyasının o vaxtkı lideri (indiki korifey) Vladimir Jirinovski Leninin cəsədini 1 milyard dollara satmağı təklif etmişdi.