İran İraq və Pakistanı buna görə vurdu – Kənani

22-01-2024, 18:14           
İran İraq və Pakistanı buna görə vurdu – Kənani
Bu əməliyyatlar milli təhlükəsizliyi təmin etmək və terrorçulara təcili cavab zərurətindən irəli gəlib.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın İraq və Pakistanda həyata keçirdiyi əməliyyatlar barədə danışarkən deyib.

“İraq ilə yaxşı münasibətlərimiz olsa da, təəssüf ki, son zamanlar bu bölgədən İran vətəndaşlarına qarşı təhdidlər var. Təbiidir ki, milli təhlükəsizliyi təmin etmək hökumət və silahlı qüvvələrimizin qırmızı xəttidir”, - o bildirib.

O, Pakistanda “Ceyş ül-Ədl” qruplaşmasına edilən hücumdan da danışıb:

“Pakistanın Kuhi-Sabz bölgəsindəki bazalara hücum əməliyyata hazır olan terrorçulara təcili cavab zərurətindən irəli gəlirdi. Demək olar ki, onlar ümumi sərhəddən cəmi yarım saatlıq məsafədə idilər və İran sərhədinə, ölkəmizin bazalarına və ola bilsin ki, hətta vətəndaşlarımıza hücum etməyə hazır idilər”.

Qeyd edək ki, İran 16 yanvarda İraqın Ərbil şəhərinə və Pakistanın Kuhi-Sabz bölgəsinə raket hücumları həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru