Britaniya HƏMAS üzvlərinə qarşı sanksiyalar tətbiq edib

23-01-2024, 08:54           
Britaniya HƏMAS üzvlərinə qarşı sanksiyalar tətbiq edib
Britaniya HƏMAS üzvlərinə qarşı sanksiyalar tətbiq edib
By ilhame 22 Yanvar 2024 19:59

Böyük Britaniya hökuməti HƏMAS və “İslami Cihad” qruplaşması ilə əlaqəsi olan beş şəxsə qarşı sanksiya tətbiq edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

HƏMAS döyüşçüləri Həsən əl-Vardian, İsmayıl Barhoum, Əhməd Oda və Zuhair Şamla, həmçinin “İslami Cihad”ın üzvü Cəmil Alyan “qara siyahı”ya salınıb. Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya giriş qadağası, aktivlərin dondurulması və silah embarqosu daxildir.

Bundan əlavə, HƏMAS-a maliyyə xidmətləri göstərən “Al Mutahadun for Exchange”ə qarşı sanksiyalar tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru