Yaponiya İmperatorunun qızı Qırmızı Xaç Cəmiyyətində işə düzəldi - FOTO
23-01-2024, 16:54
Yaponiya İmperatoru Naruhitonun qızı Şahzadə Ayko Qırmızı Xaç Cəmiyyətində işə düzəlib.
İmperator Sarayı Administrasiyası aydınlaşdırıb ki, imzalanmış müqaviləyə əsasən, şahzadə öz vəzifəsinin icrasına aprelin 1-dən başlayacaq.
Qeyd olunur ki, bu, Ayko yapon ədəbiyyatı, eləcə də ingilis və ispan dillərini öyrəndiyi Qakusüin Universitetinin Filologiya fakültəsində təhsilini başa vurduqdan sonra baş verəcək. Mənbə: TASS