“Ukraynaya dəstək İtaliyanın prioritetlərindən olacaq”- “Reuters”

24-01-2024, 11:54           
“Ukraynaya dəstək İtaliyanın prioritetlərindən olacaq”- “Reuters”
2024-cü ildə G7-yə sədrlik edən ölkə kimi İtaliyanın prioritetləri Ukraynaya dəstək və süni intellektin tənzimlənməsi olacaq.

Bu barədə “Reuters” Romadakı hökumət mənbəsinə istinadən yazıb.

Agentlik yazır ki, Ukraynadakı müharibə kontekstində G7-nin məqsədi Kiyevi hərtərəfli dəstəkləmək və Rusiyaya heç bir zəiflik əlaməti göstərməməkdən ibarət olacaq.

“Builki G7 sammitlərindəki digər mövzular arasında Yaxın Şərqdəki münaqişə, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, Afrikanın inkişafı və Çinlə əlaqələr var”, – “Reuters” qeyd edib.

G7 liderlərinin sammiti iyunun ortalarında İtaliyada baş tutacaq. Ümumilikdə bu il nazirlər səviyyəsində G7-nin 20 görüşü olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru