İranın Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edib

24-01-2024, 15:34           
İranın Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian rusiyalı həmkarının dəvəti ilə Moskvaya səfərə gedib.

Bu barədə İranın Moskvadakı səfirliyindən məlumat verib.

“İranın Ali Rəhbərinin nümayəndəsi, ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian çərşənbə axşamı axşam saatlarında nümayəndə heyəti ilə Moskvanın Vnukovo hava limanına gəlib”, - məlumatda bildirilir.

Qeyd olunur ki, səfər Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin təşəbbüsü ilə təşkil olunub.
Yanvarın 23-də Rusiyanın müdafiə naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian Qəzza və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru