Çinli arxeoloqlardan maraqlı tapıntı: İnsanların 50 min il əvvəl məskunlaşdığı yer - FOTO

25-01-2024, 13:14           
Çinli arxeoloqlardan maraqlı tapıntı: İnsanların 50 min il əvvəl məskunlaşdığı yer - FOTO
“Dünyanın damı” və ya “dünyanın üçüncü qütbü” adı verilən Thinhay-Tibet yaylasında insanlar ən azı 50 min ildir ki məskunlaşıb.

Bunu çinli alimlərin araşdırmasının nəticələri sübut edir.

Arxeoloqlar ölkənin cənub-qərbindəki Sitsanq muxtar bölgəsində yerləşən Melonq Taqphuq mağarasında qazıntı işləri aparıblar. Alimlərin araşdırmaları altı il davam edib.

Əvvəllər hesab olunurdu ki, insanlar bu torpaqlarda təxminən 40 min il əvvəl məskunlaşıblar. Lakin indi bu məlumatlar təkzib olunub. Qazıntılar zamanı mağarada 10 mindən çox artefakt aşkar edilib. Onların arasında daş məmulatları, keramik qablar, sümüklər və başqa müxtəlif əşyalar olub. Tapıntılar paleolitdən erkən dəmir dövrünə qədər olan dövrə aiddir.

Bəzi alimlər mağarada tapılan mədəniyyət obyektlərinin 80 min ildən çox əvvəl hazırlana biləcəyini irəli sürürlər. Bəzi artefaktların yaşı hələ müəyyən edilməyib.
Mağaranın içərisində həmçinin qayaüstü rəsmlər də aşkar edilib. Onların üzərində şaquli zolaqlar və insan fiqurları var. Mağaranın iqlim amilləri, o cümlədən sürüşmələr səbəbindən uzun müddət tərk edildiyi ehtimal edilir. Ancaq sonra insanlar burada yenidən məskunlaşıblar.



Mənbə: Xinhua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru