Milyarderin dəbdəbəli ad günü: Hədiyyə aparmaq qadağan edilib - FOTOLAR
25-01-2024, 18:25

Dünyanın ən zəngin insanlarından birinə ad günü üçün nə hədiyyə etmək olar?
Heç nə! Təxminən 177 milyard dollar sərvəti olan “Amazon” maqnatı Ceff Bezos nişanlısı Lauren Sançezin Beverlidəki malikanəsində dəbdəbəli 60 illik ad günü ziyafətində ciddi-ciddi "hədiyyə yoxdur" siyasətini tətbiq edib.

Ona görə də heş kəs ziyafətə hədiyyə aparmayıb.
“Cebhe.info” xəbər verir ki, Jay-Z, Beyons, İvanka Tramp, Cared Kuşner, Ciara, Russell Vilson, Oprah, Gayle King, Kim Kardashian, Kris Jenner və Kendall Jennerin da olduğu ulduzlarla dolu qonaq siyahısı hər kəsin marağında olub. Biznes maqnatları Bob İger, Bill Qeyts və Rocer Qudell də ziyafətdə iştirak edib.
Partini təşkil etmək üçün Sançes Castin və Hailey Bieberin toyu, Kris Jennerin 60 illik ad günü kimi ziyafətlərin təşkilatçısı olmuş Mindi Veissi cəlb edib.
Ziyafətdə maraqlı anlar yaşanıb. Məsələn, Kanye Uest həyat yoldaşı Bianka Censorinin şəklini necə çəkəcəyi ilə bağlı paparassilərə göstərişlər verib.

Reperin paparassilərə əsas tövsiyəsi o olub ki, onlar heç vaxt onun və ya həyat yoldaşının 45 dərəcə bucaq altında şəkilini çəkdirməyə cəsarət etməsinlər.
Müğənni Keti Perri gecədə yadplanetli geyimdə çıxış edib. O, Uşer ilə birlikdə "Ad günün mübarək" mahnısını oxuyub. Nişanlısının yubileyi şərəfinə Sançes dekolteli heyrətamiz qırmızı paltar geyinib. Hər kəsin diqqətini Judit Leiberin 4995 dollara başa gələn büllurla örtülmüş kosmik gəmisi formasindakı əl çantası çəkib.