Çində zəlzələ qeydə alınıb

26-01-2024, 07:22           
Çində zəlzələ qeydə alınıb
Çində 5,7 bal gücündə zəlzələ baş verib.

İki bal gücündə yeraltı təkanlar Qazaxıstanın Alma-Ata və Alma-Ata vilayətinin Talqar şəhərində də hiss olunub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin episentri Çinin ərazisində, Almatı şəhərindən 262 kilometr cənub-şərqdə yerləşir. Onun maqnitudası 5,7 olub”, - deyə məlumatda bildirilib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru