Nazir istefa verib: Qəribə səbəb

27-01-2024, 10:04           
Nazir istefa verib:
Zənzibar turizm və irs naziri Simai Mohamed Said Tanzaniya arxipelaqında "əlverişsiz və dağıdıcı iş şəraiti"ni əsas gətirərək istefa verib.

"Cebhe.info" xəbər verir ki, Said açıqlamasında istefa məktubunu cümə axşamı ölkənin Prezidenti Hüseyn Mvinyiyə təqdim etdiyini deyib.

Said "Bizim mədəniyyətimizdə asan olmayan bu çətin qərarı verdim. Hökumətə və partiyam olan İnqilab Partiyasına sadiq qalmağa davam edəcəyəm”,- deyib.

Yerli KİV-in məlumatına görə, Prezidentin Tanzaniyanın yarı muxtar adaları üzrə sözçüsü Çarlz Hillari nazirin istefasını təsdiqləyib.

Xatırladaq ki, onun istefası Zanzibarda spirtli içki çatışmazlığından şikayətləndikdən bir neçə gün sonra baş verib və bunun turizm sənayesinə təsir etdiyini deyib.

Qeyd edək ki, Zanzibar iqtisadiyyatının təxminən 90%-i turizmə əsaslanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru