ABŞ silahlara nəzarət sazişləri sistemini addım-addım sıradan çıxarıb - Rusiya XİN
27-01-2024, 10:54
Vaşinqton silahlara nəzarət müqavilələri sistemini tədricən ləğv etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
"Birləşmiş Ştatlar çoxdan həlledici hərbi üstünlüyə nail olmağa ümid edir. Sərbəstliyi təmin etmək üçün onlar silahlara nəzarət sazişləri sistemini addım-addım sıradan çıxarıblar", - deyə nazirlik bəyan edib. TASS