Neft ölkəsi müflis elan olundu

3-08-2016, 19:52           
Neft ölkəsi müflis elan olundu
“Standard &Poor's” Beynəlxalq reytinq agentliyi Konqo Respublikasının 478 milyon dollar borcunun ödənməməsi ilə əlaqədar müflis olmasını elan edib.

“Financial Times”ın məlumatına görə, Afrika respublikası hələ iyun ayının sonunda kreditorlarına borclarını ödəməli idi. Amma indiyə qədər ölkənin hökuməti borcları ödəməyib.

Reytinq agentliyində borcun qaytarılmadığı halda, Konqonun reytinqinə yenidən baxılacağı bildirilib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2015-ci ilin sentyabr ayında Afrika respublikasının büdcəsinin 70%-i neft məhsullarının ixracından əldə edilən gəlirdən ibarət idi. Neftin qiymətinin ucuzlaşması ölkənin iqtisadiyyatına güclü zərbə vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru