Çexiyadan rus vətəndaşlarına QADAĞA UZADILIR

13-02-2024, 11:39           
Çexiyadan rus vətəndaşlarına QADAĞA UZADILIR
Çexiya Xarici İşlər Nazirliyi Rusiya və Belarus vətəndaşlarına viza və yaşayış icazələrinin verilməsinə qoyulan qadağanın müddətinin uzadılmasını təklif edib. Əvvəllər tətbiq edilən qaydalar bu il martın 31-dək qüvvədədir. Nazirlik qadağanın daimi olmasını istəyir.

KONKRET.az xəbər verir ki, artıq yaşayış icazəsi olan ruslar və belaruslar bu qaydalara tabe deyillər.

Çexiya hökuməti ruslara hava limanlarından vizasız tranziti də qadağan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.