10 il əvvəl yoxa çıxan təyyarədən XƏBƏR VAR

4-03-2024, 00:08           
10 il əvvəl yoxa çıxan təyyarədən XƏBƏR VAR
Malayziyanın Nəqliyyat Nazirliyi 2014-cü ildə Hind okeanı üzərində yoxa çıxan Malayziya Hava Yollarına (Malaysia Airlines) məxsus "MH370" reysinin axtarışlarını bərpa etmək qərarına gəlib.

Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə departamentin rəhbəri Entoni Loke Sieu Fuk faciənin onuncu ildönümünə həsr olunmuş tədbirdə məlumat verib.

O, axtarış əməliyyatlarına Amerikanın "Ocean Infinity" şirkətini cəlb etməyi planlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, 2018-ci ildə Malayziya axtarışa "Ocean Infinity" şirkətini cəlb edib, lakin şirkətin axtarışları nəticə verməyib.

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus təyyarə radarlardan itib və Hind okeanının cənubunda qəzaya uğrayıb. Axtarış əməliyyatı heç bir nəticə verməyib, laynerin qalıqları hələ də tapılmayıb.

Qəzaya uğrayan təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru