Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

14-03-2024, 08:16           
Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər
ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden məhkəmə qarşısına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, məhkəmə iyunun 3-də keçiriləcək. ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib.

Hanter Bayden həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham edilir.

İttihamlara əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru