Bu evin zooparkı da var, limanı da - Foto

17-08-2016, 09:21           
Bu evin zooparkı da var, limanı da - Foto
Amerikanın qumarxanaları ilə məşhur olan Las-Veqas şəhərindəki bir ev görənləri heyrətləndirib.

Dəyəri 48 milyon dollar olan evin hava limanı belə var. Las-Veqasın mərkəzindəki villa 8 binadan ibarətdir. 61 min kvadratmetr ərazidə tikilən ev sentyabr ayında 70 milyon dollara satışa çıxarılmışdı. Lakin gözlənilən qədər tələb gəlmədiyi üçün evin qiyməti 22 milyon aşağı düşdü. Hazırda həmin bina 48 milyon dollara satılır.

“Casa de Shenandoah” adlı evdə 37 at saxlanılır. 7 maşınlıq qarajı olan evin kiçik zooparkı və tennis sahəsi də var. Evin ən böyük özəlliyi hava limanının olması və orada yeni bir “F-28" markalı kiçik təyyarənin saxlanılmasıdır.


Musavat.com














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru