ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukrayna NATO-ya üzv olacaq, məsələ bu məqsədə doğru aydın yol xəritəsi hazırlamaqdır.
TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu haqda Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb. Blinken Ukraynanın alyansa daxil olacağına əminliyini bildirib:
“Bizim üçün məsələ bu qətnaməyə çatmaq üçün yaxşı və aydın bir yol xəritəsi hazırlamaqdır”