​Yəhudilərin İngiltərədən kütləvi köçü başladı - SƏBƏB

17-08-2016, 19:14           
​Yəhudilərin İngiltərədən kütləvi köçü başladı - SƏBƏB
Almaniyada faşist rejimi dövründə vətəndaşlıqları əllərindən alınan və İngiltərəyə üz tutan yəhudilər yenidən alman vətəndaşlığına qayıtmaq istəyirlər.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, İngiltərədə yaşayan yüzlərlə yəhudi “Breksit”dən sonra Almaniya vətəndaşlığına keçmək üçün müraciət edib.

Londonda yerləşən Almaniya səfirliyinə son 7 həftə ərzində 400-ə yaxın müraciət olub. Yəhudi mühacirlər “Breksit”dən sonra İngiltərədə durumun pisləşdiyini, irqçiliyin gücləndiyini iddia edirlər.

Almaniya konstitusiyası ölkə vətəndaşı olmuş yəhudilərin yenidən pasport almaq hüququnu tanıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru