Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı Serbiya Prezidenti Tomislav Nikoliç söyləyib.
Onun sözlərinə görə, Serbiya Rusiya və ABŞ-la sıx şəkildə bağlıdır. O, hər iki ölkədə serb icmasının çoxlu sayda nümayəndəsinin yaşadığını bildirib.
Qeyd edək ki, Serbiya hələ də Rusiyanın Balkan yarımadasında son müttəfiqi olaraq qalmaqdadır. Son illər hakimiyyətə Qərbə inteqrasiya tərəfdarlarının gəlməsi Moskvanın bölgədəki maraqlarına müəyyən mənada zərər verib. Qərbyönlülərin balanslı xarici siyasətə üstünlük verməsi Kremlin Belqrada olan təsirlərini azaldıb. Bütün bunlara rəğmən, Rusiyanın Serbiyada hələ də güclü 5-ci kolonu mövcuddur.