"Erməni diasporu bir tikə kolbasa xatirinə ölkədən qaçıb"
18-08-2016, 09:47

Qarabağ separatçılarının lideri Bako Saakyanın bu yaxınlarda Fransanın parlament nəşrinə verdiyi müsahibə həm Ermənistanda, həm də erməni diasporunda hiddətə səbəb olub. "Azərbaycan ermənilərə və qarabağlılara münasibətdə millətçilik siyasətinin yayılmasından imtina etməlidir" ifadəsi xüsusi narazılıqla qarşılanıb.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, məşhur ictimai xadim, AİM partiyasının üzvü Qagik Saruxanyan bu ifadəyə cavab olaraq deyib: "Belə çıxır ki, qarabağlılar erməni deyil? Əvvəldən deyərdiniz, bu qədər uşaq orada ölməzdi..."
Bu ifadə həm də ABŞ-da və Fransanın özündə erməni diasporunda kəskin tənqid olunub.
Bu gün Bako Saakyanın mətbuat katibi David Babayan separatçıların liderinin dediklərinə aydınlıq gətirməyə çalışıb.
"Bako Saakyan belə bəyanat verməyib. Mənə qəribə gəlir ki, insanlar necə bu cür düşünə bilirlər. Onun çıxışı təhrif olunub.
Orada qışqıranlar isə, bununla öz vətənpərvərliklərini göstərirlərsə, əksəriyyəti xaricdə yaşayır. Doğrudanda belə cürətlidirlərsə, gəlib vətənlərini qorusunlar. Bir tikə kolbasa və bir şüşə pivə xatirinə niyə qaçıblar? Qayidin gəlin..." - separatçıların liderinin mətbuat katibi deyib.