İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb

21-04-2024, 11:45           
İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 19-da səhər İsfahan əyalətinə pilotsuz uçan aparatlarla (PUA) hücumun İsrail tərəfindən edildiyini təsdiqləməyib və onları “uşaq oyuncaqları”na bənzədib.

“Dünən baş verənlər zərbə deyil. Bu, daha çox uşaqlarımızın oynadığı oyuncaqlara bənzəyirdi, dronlara deyil”, - deyə Hüseyn Əmir-Abdullahian bildirib.

İranlı nazirlə müsahibə Nyu-Yorkda baş tutub. O, Fələstinin təşkilata daxil olması məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib. Jurnalistlərlə söhbət zamanı Abdullahian İranın “oyuncaq” hücumuna cavab verməyəcəyini açıqlayıb.
“İsrail mənim ölkəmə qarşı qətiyyətli addım atsa və bu, bizim tərəfimizdən sübuta yetirilərsə, cavabımız dərhal və maksimum olacaq və onları peşman edəcək”, - deyə o yekunlaşdırıb.

Mənbə: İz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru