ABŞ ATACMS raketlərini Ukraynaya təhvil verə bilər

22-04-2024, 09:24           
ABŞ ATACMS raketlərini Ukraynaya təhvil verə bilər
ABŞ gələn həftə ATACMS taktiki raketləri də daxil olmaqla müxtəlif növ silahların Ukraynaya təhvil verilməsinə başlaya bilər.

Bunu Senatın Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə dedilər ki, ABŞ prezidenti Cozef Bayden qanun layihəsini imzaladıqdan sonra Konqres öz işini görsə, bu silahlar həftənin sonuna qədər göndəriləcək”, - deyə o bildirib.

Senator əlavə edib ki, yardım paketinə ATACMS daxil olmaqla, uzaqmənzilli silahlar daxil olacaq.

“İnanıram ki, administrasiya son aylarda ATACMS hazırlamağa və çatdırmağa hazırdır. Bu qanun layihəsində öz əksini tapıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru