Böyük Britaniyaya qanunsuz yollarla gələn miqrantları Ruandaya yola salacaq

23-04-2024, 09:23           
Böyük Britaniyaya qanunsuz yollarla gələn miqrantları Ruandaya yola salacaq
“Böyük Britaniyaya qanunsuz yollarla gələn miqrantlar 10-12 həftə ərzində Ruandaya aparılacaqlar”.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

O, bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yaxşı üsul olacağını deyib.

Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru