24 milyonluq “Qarabağ”ın ən bahalı futbolçuları – Siyahı

Dünən, 12:34           
24 milyonluq “Qarabağ”ın ən bahalı futbolçuları – Siyahı
Azərbaycan Premyer Liqasının ən güclü klublarından biri olan “Qarabağ” futbol klubu hazırda 24,15 milyon avro ümumi heyət dəyəri ilə ölkənin ən bahalı və uğurlu komandalarından biri sayılır.
TEREF Baku.ws-ə istinadla xəbər verir ki, bu barədə nüfuzlu “Transfermarket” portalında məlumat yer alıb.

Ağdam şəhərini təmsil edən “Qarabağ” klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci “Neftçi” klubudur). 1951-ci il tarixində, Ağdam şəhərində “Məhsul” idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.

“Qarabağ” 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. “Qarabağ” tarixində 12 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olub. “Qarabağ” eyni ildə həm ölkə çempionu olan, həm də ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.

“Köhlən atlar” avrokuboklarda mərhələ keçən ilk[6], Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur.

Komandanın ən dəyərli oyunçuları:

Kadi Borges (Braziliya/Polşa) – 2,50 milyon avro

Mövqe: Hücumameyilli yarımmüdafiəçi

Leandro Andrade (Kabo-Verde/Portuqaliya) – 2,50 milyon avro

Mövqe: Sağ cinah hücumçusu

Nəriman Axundzadə (Azərbaycan) – 2,00 milyon avro

Mövqe: Mərkəz hücumçusu

Oleksiy Kaşçuk (Ukrayna) – 1,80 milyon avro

Mövqe: Sağ cinah hücumçusu

Mateusz Koxalski (Polşa) – 1,50 milyon avro

Mövqe: Qapıçı

Toral Bayramov (Azərbaycan) – 1,50 milyon avro

Mövqe: Sol cinah müdafiəçisi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru