“Şazeli Baku”da müştərilərə yeməklər antisanitariya vəziyyətində hazırlanır? -Video

Dünən, 16:14           
“Şazeli Baku”da müştərilərə yeməklər antisanitariya vəziyyətində hazırlanır? -Video
“Şazeli Baku”nun Fəvvarələr Meydanı filialında antisanitariya hökm sürür.

Məlumata əsasən, “Şazeli Baku” restoranının Fəvvarələr Meydanı filialında ciddi antisanitar vəziyyət müşahidə olunur. Keçmiş işçilərdən birinin qaynar xəttimizə təqdim etdiyi görüntülər restoranın mətbəxindəki acınacaqlı şəraiti ortaya qoyur.

Görüntülərdə açıq şəkildə görünür ki, işçilər sanitariya qaydalarına əməl etmədən – əlcəksiz şəkildə fəaliyyət göstərirlər. İddialara görə, istifadə olunan məhsulların üzərində nə istifadə tarixi, nə də son istifadə müddəti qeyd olunub. Mətbəxdəki sobaların isə təxminən 1 aydır təmizlənmədiyi bildirilir.

Bundan əlavə, mətbəx daxilində həşaratlara rast gəlinib, zibillərin uzun müddətdir atılmadığı və hətta mətbəxdə qəlyan hazırlanaraq müştərilərə verildiyi iddia olunur.

Qeyd edilən faktlar həm işçi sağlamlığı, həm də müştəri təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Ümid edirik ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürəcək və qısa zamanda müvafiq tədbirlər görüləcək.Patrulaz.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru