Qoşqar Təhməzli bu şirkətlə müqavilə bağlaya bilər - Agentliyin pərdələrini 10 min manata yudurdacaq
Dünən, 15:24
AQTA pərdələrin yuyulması üçün 10 min manatlıq xidmət alır – qalib şirkət məlum oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Pərdələrin təmizlənməsi xidmətləri” ilə bağlı satınalma keçirib.
32gun.az-ın əldə etdiyi məlumata görə, bu xidmətin göstərilməsi üçün "GREEN CLEANİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
Tərəflər arasında 10.295,97 manat dəyərində müqavilənin bağlanacağı gözlənilir.
Sifarişə aşağıdakılar daxildir:
Günlük pərdənin yuyulması Tül pərdənin yuyulması Velür parça bej rəngli pərdənin yuyulması Neylon bej rəngli tül pərdənin yuyulması Saten parça krem rəngli günlük pərdənin yuyulması Neylon tül qəhvə rəngli tül pərdənin yuyulması Qalib şirkət – "GREEN CLEANİNG" MMC-nin qanuni təmsilçisi Gündüz Məmmədli Zakir oğludur. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli rəhbərlik edir.