ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI..

Dünən, 16:41           
 ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI..
"Xahiş edirəm məni ağılsız hesab etməyin. Nağıl yazmıram..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında istifadəçi
Mir-Nazim Mirişov qeyd edib.
O daha sonra bunları bildirir:

"Bu gün Azərbaycan Dəmir Yolları QSC mənim 2 yaş yarımlıq üçəm nəvələrimi guya qanunsuz tikinti apardıqlarına görə cavabdeh şəxs kimi məhkəməyə verib, bu iki yaş yarımlıq uşaqlardan qanunsuz tikilini öz vəsaitləri hesabına sökülməsi tələb olunub, bunlar da sökməyib və hərəsindən də 20 manat dövlət rüsumu tələbi barədə iddia qaldırılıb.
İddiada göstərilir ki, guya bu azyaşlı uşaqlar tikinti tikərkən kosmosdan görüblər və QSC əməkdaşları akt tərtib edib və bunlara xəbərdarlıq edilib. Halbuki akt tələb edəndə və bu adamları videoya çəkəndə polis maneəçilik edirdi. Buradakı evlər dünənin bu günün evləri deyil, 167 ev 15-20 ilin evidir.
İndi məni bir şey düşündürür. Görəsən, Nərimanov Məhkəməsinin hakimi bu iki yaş yarımlıq uşaqları necə dindirəcək?.."














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru