Kaladze: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir

30-04-2024, 11:34           
Kaladze: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
Qeyri-hökumət təşkilatlarına (QHT) ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur.

İqtisadiyyat.az xəbər verir ki, bunu Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

"Son bir neçə həftə bir daha təsdiqlədi ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agent fəaliyyətləri gücləndirməyə xidmət edir. Bütün QHT-lər lazım olanda dərhal mitinqlərə aparıldı və milli maraqlara qarşı çıxdı", - Kaladze hakim partiyanın təşəbbüslərini, o cümlədən xarici agentlər haqqında qanunun qəbulunu dəstəkləyən mitinqdə deyib.

Bazar ertəsi Tbilisidə, Rustaveli prospektində parlament binası yaxınlığında hakim partiya öz təşəbbüslərinə dəstək aksiyası keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru