“Biz insan başıyla da top oynaya bilirik”

24-08-2016, 10:13           
“Biz insan başıyla da top oynaya bilirik”
Türkiyənin Qaziantep vilayətində baş verən terror hadisəsindən sonra bölgədə narahatlıq davam edir. Yerli əhali terorçuların nəzarətsiz şəkildə illərdir sərhəddən keçdiyini düşünür.

Axar.az xəbər verir ki, sakinlər təhlükəsizliyin hələ də yüksək səviyyədə olmadığını deyir:

“Sərhədlərimizdən kim, necə, nə ilə keçir, yoxlanılmır. Sərhəd-keçid məntəqəsi qapalı olsa da, insanlar rahat şəkildə Türkiyəyə gələ bilir. Onların arasında terrorçular da var”.

Başqa bir rayon sakini isə müharibədən qaçıb Türkiyəyə sığınan bəzi uşaqların belə terror əhval-ruhiyyəsində olduğunu bildirib:

“Bir kiçik dükanın qarşısında topla oynayan suriyalılara “niyə bu qədər səs-küy salırsınız?” - dedim. Uşaqlardan biri “biz insan başıyla da top oynaya bilirik”, - cavabını verdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru