Fransa polisi müsəlman qadını çimərlik geyimini soyunmağa məcbur etdi

24-08-2016, 20:57           
Fransa polisi müsəlman qadını çimərlik geyimini soyunmağa məcbur etdi
Fransanın qanun keşikçiləri Nitsa çimərliyində müsəlman çimərlik geyimində - islami qaydalara uyğun burkinidə olan qadına yaxınlaşaraq, ondan əynindəkini çıxarmağa məcbur ediblər.

Bəzi məlumatlara görə, ictimai qanun-qaydanı pozduğuna görə qadını 38 avro məbləğində cərimə ediblər.

Qeyd edək ki, bütün bədəni örtən çimərlik paltarı olan burkini geyinməyə qadağa 86 insanın ölümü ilə nəticələnən terror aktından sonra qoyulmuşdu.

Bu geyimə ilk qadağa qərarını Kann şəhəri tətbiq edib. Qərar avqustun 13-də məhkəmə tərəfindən təsdiq edilib.

Xatırladaq ki, iyulun 14-də Fransanın milli bayramı – Bastiliyanın alınması günü minlərlə turist və yerli sakinlərin atəşfəşanlığı izləmək üçün toplaşdığı Nitsa şəhərinin “İngilis çimərliyi” adlı hissəsində terror aktı baş verib. Yaxınlıqda dayanan yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 86 nəfərə çatıb. Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru