İtaliyada növbəti zəlzələ baş verib

25-08-2016, 06:43           
İtaliyada növbəti zəlzələ baş verib
İtaliyanın mərkəzi bölgəsində 4,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Romadan 100 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Qeyd edək ki, bundan əvvəl eyni ərazidə 6,0 və 5,4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, ümumilikdə təbii fəlakət nəticəsində 159 nəfər ölüb. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.