Filippində terrorçular girov saxladıqları gənci edam edib

25-08-2016, 09:12           
Filippində terrorçular girov saxladıqları gənci edam edib
Filippində "Əbu Səyyaf” terror qruplaşmasının silahlıları bir müddət əsir saxladıqdan sonra 18- yaşlı Patrik Almodavarı başını kəsərək edam ediblər.

APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, insidentin səbəbi barədə məlumat verilmir.

Bildirilir ki, ötən həftə Filippin-İndoneziya sərhədi yaxınlığında girov götürülən iki balıqçı terrorçuların əlindən qaçaraq xilas olub.

Aprel ayında Filippin ekstremistləri girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam etmişdilər. Terrorçular onun azadlığa buraxılması üçün 6,5 milyon dollar tələb edirdilər.

Qeyd edək ki, "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru