Baydenin reytinqi iki dəfə düşüb, Tramp önə çıxır – "Reuters"in sorğusunun nəticələri

22-05-2024, 11:54           
Baydenin reytinqi iki dəfə düşüb, Tramp önə çıxır –
ABŞ prezidenti Co Baydenin reytinqi bu ay təxminən iki ilin ən aşağı səviyyəsinə düşüb. Bu onun prezidentlik dönəmindəki ən aşağı göstəricidir. Bu, onun yenidən seçilmək səyləri üçün narahatedici əlamətdir.

Azpost.info bildirir ki, bu barədə Reuters/Ipsos -un apardığı sorğusunun nəticələrində açıqlanıb.

Bazar ertəsi başa çatan dörd günlük sorğunun nəticələrinə görə, amerikalıların cəmi 36 faizi Baydenin prezident kimi işini bəyənir, bu isə apreldə qeydə alınan 38 faizdən aşağıdır. Bayden bununla da 2022-ci ilin iyulunda qeydə alınmış ən aşağı reytinqə qayıdıb.

ABŞ Seçkilər Kollegiyasının qalibi müəyyənləşdirmək ehtimalının yüksək olduğu ştatlarda keçirilən bir çox sorğuda Tramp Baydendən bir qədər öndə olub.

Sorğu Baydenin zəif tərəfləri ilə yanaşı, bir sıra güclü tərəflərini də üzə çıxarıb. Sorğunun nəticələrində iqtisadiyyatın vəziyyəti əsas məsələ kimi göstərilib. Respondentlərin 23%-i bunu ölkənin üzləşdiyi ən vacib problemi qeyd edib. Respondentlərin təxminən 21%-i əsas problem kimi siyasi ekstremizmi, 13%-i isə immiqrasiyanı seçib.

Sorğuda iştirak edən respondentlərin təxminən 40% Trampın, 30 faizi Baydenin ABŞ iqtisadiyyatı ilə bağlı daha yaxşı siyasət yürütdüyünü deyib. Qalanları isə suala cavab verə bilməyib.

Tramp immiqrasiya məsələsində də əhəmiyyətli liderliyə malikdir: respondentlərin 42%-i məsələyə onun yanaşmasına üstünlük verib, 25%-i isə Baydeni seçib. Bayden siyasi ekstremizm məsələsində liderliyə sahib olub. Respondentlərin 34%-i prezidentin yanaşmasını dəstəkləyib, 30%-i Trampın bu məsələdə daha yaxşı öhdəsindən gəldiyini bildirib.

Respondentlər Trampın xarici münaqişələrə və terrorizmə daha yaxşı yanaşdığına inandıqlarını bildiriblər. 36% bu sahədə Trampı dəstəkləyir, Baydeni dəstəkləyən isə 29%.-dir.

ABŞ iqtisadiyyatının vəziyyəti Baydenin yenidən seçilmək ümidlərinə təsir edən ən mühüm amillərdən birinə çevrilir.

Son aylarda inflyasiya xeyli yavaşlayıb, iki ildən artıqdır ki, işsizlik səviyyəsi 4%-dən aşağıdır. Lakin bir neçə ildir ki, istehlak qiymətlərinin sürətlə artması seçiciləri incidir.

Baydenin 81 yaşı da seçiciləri narahat edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.