İsmayıllıda ABŞ səfiri vətəndaş cəmiyyəti fəalları ilə görüşdü

26-08-2016, 19:11           
İsmayıllıda ABŞ səfiri vətəndaş cəmiyyəti fəalları ilə görüşdü
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllı rayonunda təşkil olunan Qızların Liderlik Təşəbbüsü düşərgəsini ziyarət edib.

Virtualaz.org bildirir ki, ABŞ səfirliyinin facebook səhifəsində yaydığı məlumata görə, bir həftəlik yay düşərgəsi çərçivəsində 7 rayondan (Şəmkir, Ağcabədi, Bərdə, Mingəçevir, Oğuz, Balakən və Zaqatala) olan 8-10-cu siniflərdən 20 qız şagird və yerli müəllimlər bir araya gəlib.

Düşərgənin təşkilində məqsədi Azərbaycanın rayonlarında yaşayan gənc qadınların hüquqi maarifləndirilməsi, vətəndaş məsuliyyəti, cinsi bərabərliklə bağlı mövzular ətrafında fikir mübadiləsi aparmaq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru