Rusiyadan kapital axını yenidən sürətlənib
26-08-2016, 22:06

Rusiya səhm bazarına invesitisya yatıran fondlardan kapital axını avqustun 18-24-də 24,5 mln. ABŞ dolları təşkil edib. “EPFR Global” inkişaf etməkdə olan bazarlara portfel investisiyalarının araşdırma təşkilatının hesabatına görə, əvvəlki həftə ərzində, avqustun 11-17-də Rusiya fond birjalarına kapital axını 167 mln. dollar təşkil edib. İnvestorlar Rusiyadan kapital axınının yenidən sürətlənməsini ABŞ-da monetar siyasətin sərtləşdirilməsi ehtimallarının artması ilə izah edirlər.
“EPFR Global”a görə, avqustun 18-24-də inkişaf etməkdə olan bazarlara investisiyaların məbləği əvvəlki həftə ilə müqayisədə kəskin – 140 dəfə azalaraq 37,2 mln. dollara geriləyib. Hesabatda həmçinin qeyd edilib ki, Rusiyaya investisiya edən fondların ilin əvvəlindən zərəri 614 mln. dollar təşkil edib. Rusiyadan kapital axını dolların məzənnəsinə də təsir edib. Bir qədər əvvəl neft qiymətləri 50 dollar/barel səviyyəsində olarkən RUB/USD məzənnəsi 62-ə yaxınlaşmışdırsa, hazırda məzənnə 5% çox, yəni 65-ə yaxındır. Bu gün, FES-in qərarına uyğun olaraq rublun gələcək hərəkəti müəyyən olacaq.(report)