Əfsanəvi “Donuz Burun” balığı illər sonra tutuldu – FOTOLAR
26-08-2016, 22:13
Balıqçıların illərdir təkrar görməyi xəyal etdiyi, “mərsin” balığının az rast gəlinən bir növü olan “Donuz Burun” 19 yaşındakı bir Kanadalı gənc tərəfindən tutulub.
“AzPolitika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanadanın Lillooet qəsəbəsinin yaxınlığında Fraser gölündə, balıqçıların illərdir təkrar görməyi xəyal etdiyi, “mərsin” balığının nadir rast gəlinən bir növü olan “Donuz Burun” tutulub. Təxminən üç metr uzunluğa və 295 kiloqram ağırlığa sahib olan “mərsin” balığı, 19 yaşındakı Kanadalı bir gənc tərəfindən tutulub.
Təxminən 40 ildir ki, izinə rastlanılmayan “Donuz Burun” qəsəbədə yaşayan balıqçılar üçün bir əfsanəyə çevrilmişdi. Çəhrayı burnu və nəhəng ölçüləriylə hər kəsi çaşdıran balıq sayəsində, 19 yaşındakı gənc bir anda yerli xalqın qəhrəmanı olub.
Təxminən 80 yaşında olduğu təxmin edilən “Donuz Burun”un Kanada sahillərinə necə çatdığı bilinmir.