Putin onları işdən qovdu - Adlar

26-08-2016, 22:39           

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının bir neçə yüksək vəzifəli əməkdaşını işdən çıxarıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin İstintaq Komitəsinin general-mayoru Dmitriy Şermakov və Komitənin Baş İdarəsinin birinci müavini Vitaliy Frolovu işdən azad edib.

Qeyd olunur ki, Başqırdıstan Daxili işlər nazirinin müavini, polis general-mayoru Vyaçeslav Andreev, Krasnoyarsk Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsiin rəhbəri, polis general-mayoru Vadim Antonov, Samaranın prokuroru Murat Kabaloyev və bir neçə məmur da vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru