Ali rəhbərlik tərəfindən general xanıma qarşı təcavüz faktı araşdırılır

27-08-2016, 13:29           
Ali rəhbərlik tərəfindən general xanıma qarşı təcavüz faktı araşdırılır
ABŞ HHQ, ali hərbi rəşbərlik tərəfində general qadına qarşı cinsi zorakılıqla bağlı istintaqa başlayıb. FaktXəbər-in Tass-a istinadən məlumatına görə, bu barədə Washington Post xidməti sənədə istinadən xəbər yayıb.

Qurbanın adını çəkməyən nəşr bildirir ki, o, öz komandirini itihham edib. Şikayətə əsasən qadın 2007-ci ildən 2009-cu ilə kimi öz səlahiyyətlərindən sui-istifadə edən rəhbərlik tərəfindən 3 dəfə cinsi əlaqəyə məcbur edilib. Qadın artıq istefadadır, lakin həmin vaxtlar o, həqiqi hərbi xidmətdə idi.

«HHQ bu məsələni ciddi araşdırır», - deyə qəzet HHQ-nin rəsmi nümayəndəsi polkovnik Patrik Rayderin sözlərini çatdırır.

Qeyd edək ki, may ayında Müdafiə Nazirliyinin dərc etdiyi hesabatda bildirilirdi ki, 2015-ci il maliyyə ili (ABŞ-da bu sentyabrın 1-dən başlayır) müddətində qurum cinsi təcavüz barədə 6083 şikayət alıb. Bunlardan 5240-ı hərbçilər tərəfindən verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru