Böyük Britaniya özünə qapanan yeniyetmələr üçün çarə tapdı

28-05-2024, 16:58           
Böyük Britaniya özünə qapanan yeniyetmələr üçün çarə tapdı
Böyük Britaniya Səhiyyə Departamenti London Universitet Kolleci (UCL) ilə birlikdə tənhalıqdan və qazanılmış psixoloji problemlərdən əziyyət çəkən 9-13 yaşlı uşaq və yeniyetmələrə kömək etmək üçün dörd illik pilot layihəyə başlayır.

Mütəxəssislər qeyd edirlər ki, bu problemlər üzündən yeniyetmələr özlərinə qapanır, dərsdən yayınmağa başlayır və hətta məktəbi tərk etməyi planlaşdırırlar. Layihədə birinci mərhələdə 12 məktəb və 100-ə yaxın yeniyetmə iştirak edəcək. Gələn il layihə 30 məktəb və 600 şagirdi əhatə edəcək.

Proqram çərçivəsində çətin vəziyyətdə olan yeniyetmələrə bağçılıq, balıqçılıq, muzeylərə baş çəkmək, təsviri incəsənət üzrə ustad dərsləri və s. üzrə seçim təklif olunacaq. Sosial terapiya dərsləri mütəxəssislərin rəhbərliyi altında yeniyetmələrdən ibarət kiçik qruplarda keçiriləcək.

Mənbə: kommersant












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru